17 mart 2014 12:11
Əmrah Çelikəl: 3 milyon manat? Yalandır!
“Qarabağ”ın vitse-prezidenti Əmrah Çelikəl azerisport.az saytına açıqlamasında komandasına 3 milyon manatlıq ümumi mükafat məbləğinin təyini ilə bağlı gəzən şayiələri təkzib edib:
“2 milyon manat? Bu, yalandır. Biz çempionluq təqdirində nəzərdə tutulmuş mükafat məbləğini elan etməmişik. Biz heç oyunlara qədər də mükafat məbləği haqda danışmırıq. İnşallah, çempion olaq, əlavələrin məbləğinə sonra nəzər salarıq. Əsası, nəticədir. Yerdə qalan hər şey ikinci dərəcəlidir”.
