17 mart 2014 11:13
İbrahim Şehiç: Bax buna görə birinci pillədəyik
"Qarabağ"ın qapıçısı İbrahim Şehiçin azerisport.az saytına müsahibəsində komandasının son oyunları haqda danışıb:
- "İnter" üzərində qazandığınız qələbə (3:0) ilə bağlı nə deyə bilərsiniz?
- Şadam ki, biz belə bir uğurlu oyun keçirdik. Yaxşı futbol sərgilədik. Belə oyunlardan sonra adətən bir söz deyirlər - nəticə oyuna görə idi. Uşaqların hamısı maksimum güc sərf etdi və layiqli qələbə qazandıq.

- Görüşün əvvəlində rəqib topa daha çox nəzarət edirdi. Komanda qəsdən üstünlüyü rəqibə vermişdi?
- Deməzdim ki, bunu qəsdən etdik. Amma zamanla biz də topa və oyuna nəzarəti əlimizdə saxlamağa çalışırdıq. Daha çox hücumlar təşkil etdik, rəqib qapısı qarşısında daha çox təhlükəli vəziyyətlər yaratdıq. Biz hər şeydə daha yaxşı idik.

- Rəqibinizi belə asanlıqla darmadağın edəcəyinizi gözləyirdiniz?
- Komandama inanırdım, bilirdim ki, qələbə qazanacağıq. Amma darmadağınla qalib gələcəyimizi düşünmürdüm.

- Son turlarda "Neftçi", "Bakı" və "İnter"i darmadağın etmisiz. Mövsümün qalan hissəsində rəqiblərinizin hamısını bu qaydada məğlub etməyi düşünürsüz?
- Zaman göstərəcək (gülür). Komanda indi yaxşı təsir bağışlayır. İnamlı oyun sərgiləyirik. Uşaqlar qol epizodlarından yaxşı yararlanırlar. Ancaq yaxşı komandalar oyun ərzində 4-5 qol vəziyyətindən maksimum yararlana bilirlər. Biz də bax buna görə birinci pillədəyik.

- Komanda əsas izləyicilərindən xal fərqini 10 xala çatdırıb. "Qarabağ"ı çempion adlandırmaq olar?
- Hələ yox. Allah qoysa, biz çempionatı qazanacağıq. Hər şey buna doğru gedir. Ancaq biz hələlik birinci yeri təmin etməmişik ki, mən bu haqda artıq baş vermiş fakt kimi danışmaq istəmirəm.

Bu sizin ardıcıl olaraq, üçüncü “quru” oyununuzdur. Öz oyununuzdan razısınız?
Mən öz komada yoldaşlarımdan zərrəcə yaxşı deyiləm. Bütün komanda necə, mən də eləcə.