17 mart 2014 22:33
Gökdəmir yenə oynamadı, komandası məğlub oldu
Türkiyə Superliqasında 25-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin müdafiəçisi Əli Gökdəmirin komandası “Elazığspor” səfərdə “Eskişehirspor”un qonağı olub və 0:1 hesabı ilə məğlubiyyətə uğrayıb.
Gökdəmir oyunu ehtiyatda keçirib.
Hazırda “Elazığspor” 27 xalla yarış cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
