17 mart 2014 17:25

Tərlan Əhmədov: Hədəfim AZAL-ı qara zolaqdan çıxarmaqdı

AZAL-ın baş məşqçisi Tərlan Əhmədovun azerisport.az saytına müsahibəsi

- Yeni təyinat münasibətilə sizi təbrik edirik!
- Sağ olun. Komandaya rəhbərlik etmək təklifi mənə ötən gün edildi. Bu gün rəhbərliklə danışıb bütün detalları müzakirə etdik. Yekunda 2,5 illik müqavilə imzaladıq.

- Qarşınıza hansı vəzifə qoyulub?
- Hazırda komandanı qara zolaqdan çıxarmağımız lazımdı, xal ehtiyatını yaxşılaşdırmalıyıq. Reallıq belədi ki, AZAL-ın bu mövsüm üçün heç bir perspektivi yoxdu. Qalan bütün məsələlərə mövsüm başa çatandan sonra aydınlıq gətiriləcək.


- Bəs AZAL-da sizin öz hədəfləriniz nədən ibarətdi?
- Mən özüm də bu komandada çıxış etmişəm, burada kimin necə işlədiyini bilirəm. Yenidən AZAL-a qayıtdığım üçün şadam. Hədəfim komandaya kömək etməkdi. Bu, əsas hədəfdi.


- Sizi artıq komanda ilə tanış ediblər. Bəs siz bu komandanın üzvlərini nə dərəcədə yaxşı tanıyırsız? AZAL-ın hansısa oyunlarını izləmisiz?
- "Neftçi" ilə son oyunlarına baxmışam. "Qəbələ" ilə görüşü də izləmişdim. Komandada potensial var. Amma üzərində işləməli olduğumuz məsələlər var.

- AZAL-ın "Neftçi"yə qarşı oyunu barədə nə deyə bilərsiz?
- Uduzsalar da, yaxşı oynadılar. Amma unutmamalıyıq ki, rəqib də sıradan komanda deyildi. Futbolçuların meydanda maksimum güc sərf etməyə çalışması yaxşı məqamdı.


- AZAL-ın sabiq baş məşqçisi Vaqif Sadıqov deyir ki, ondan nəticə tələb olunsa da, büdcə buna imkan vermirdi. Bəs siz transfer, maliyyə məsələlərini müzakirə etdinizmi?
- Bu mövsüm komanda mümkün qədər yaxşı çıxış etməyə çalışacaq. Komanda ruhunu, futbolçularda özünəinamı yaxşılaşdırmaq vacibdi. Bu gün transferlərdən danışmaq hələ tezdi. Biz qarşıdakı 10 turda yaxşı nəticə qazanmalıyıq. Buraxılan səhvləri düzəltməliyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.