17 mart 2014 16:11
Budak oynamadı, Qaziantep heç-heçə oynadı
Futbol üzrə Türkiyə Birinci Divizionunda 30-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin müdafiəçisi Ufuk Budağın komandası “Qaziantep BB” evdə “Adanaspor”u qəbul edib və 1:1 hesablı heç-heçə oynayıb.
Budak oyunu ehtiyatda keçirib.
Hazırda “Qaziantep BB” 31 xalla yarış cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
