17 mart 2014 16:00
Araz Abdullayev: Mümkünsüz heç nə yoxdur
“Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayev azerisport.az saytına müsahibəsində TPL-in 26-cı turunda keçirilmiş oyunda AZAL üzərində qələbədən və ölkə Kubokunda “İnter”ə qarşı keçiriləcək oyundan danışıb:
- Dünənki oyun haqda nə deyə bilərsiniz?
- Uğurlu oyun keçirdik. Bizi ikinci pilləyə qaldırmış üç xalı layiqincə qazandıq. Lider “Qarabağ”dan 10 xal geridəyik. Ancaq, mümkünsüz heç nə yoxdur. Oynayacağıq. Görək, nə alınır.

- Məhz sizin dublunuz komandaya üç xal qazandırdı?
- Şadam ki, iki qol vura bildim. Ümid edirəm ki, bu ruhda da davam edəcəyəm. Oyunum axarına düşüb. Növbəti oyunlarda komandama daha çox kömək etmək istəyirəm.

- Görünür, “Neftçi” böhrandan tamamilə çıxıb.
- Komanda öz üzərində işləyir və gec-tez bu psixoloji quyudan çıxmalı idi. Ancaq biz, daha yaxşı oynaya bilərik. Ümid edirəm ki, növbəti turlarda bunu göstərəcəyik.

- Sizin bunu ölkə Kubokunun cavab yarımfinal görüşündə “İnter”ə qarşı oyunda göstərmək imkanınız var.
- Hesab edirəm ki, bu yarışın yarımfinalına çıxmaq üçün yaxşı şanslarımız var. Səfərdə 1:1 hesablı nəticə bizə cavab oyununda üstünlük verir. Bundan yaralanmaq lazımdır.

- “Neftçi”ni 0:0 hesabı qane edir.
- Bu, bizi ancaq arxayınlaşdıra bilər. Bu, bizim oynayacağımız nəticə deyil. Əks halda ancaq məğlub ola bilərik. Gözəl futbol göstərib qələbə qazanmağa çalışacağıq.

- Son vaxtlar siz meydana bir neçə dəfə kapitan rolunda çıxmışınız. Bu yaşda necə hissdir?
- Komandanın öz kapitanları var: Rəşad Sadıqov və Mahir Şükürov. Mənə kapitan sarğısını iki oyunda etibar ediblər. Ancaq ona görə ki, onlar meydanda yox idi. Mənə yerli oyunçu kimi sarğını daşımaq lazım gəldi.

- Yenə də olsun, “Neftçi”nin kapitanı olmaq, necə hissdir?
- Düzü, mənim üçün bu, böyük əhəmiyyət daşımır. Əsası, komandaya meydanda xeyir verməkdir. Bununla belə, qolumda sarğı var və ya yoxdur, heç bir əhəmiyyət daşımır.