17 mart 2014 15:28
Eratın komandasını məğlubiyyətdən qurtarmağa gücü yetmədi
Almaniya İkinci Bundesliqasında 25-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Tuğrul Eratın komandası Düsseldorf “Fortuna”sı evdə “Sankt-Pauli”ni qəbul edib və 0:2 hesabı ilə məğlub olub.
Erat meydanda 90 dəqiqə mübarizə aparıb.
Hazırda “Fortuna” 32 xalla yarış cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
