17 mart 2014 14:00
Dadaşov oynadı, Kayzerslautern darmadağın etdi
Almaniyanın futbol üzrə Cənub regional liqasında 23-cü tur oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun klubu “Kayzerslautern”in ikinci komandası səfərdə “Pfullendorf”la qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.
Dadaşov 76-cı dəqiqədə, hesab 1:0 olarkən meydana çıxıb.
Hazırda “Kayzerslautern II” 40 xalla yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
