16 mart 2014 00:05
Topaz Premyer Liqasında 26-cı tur həyəcanı
Bu gün Topaz Premyer Liqasının 26-cı turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, bu turun da bütün görüşləri eyni gündə baş tutacaq.
Günə "Bakı" - "Qəbələ" oyunu ilə start veriləcək. Son turlarda Yuri Syominin komandasının qələbəsizliyi komandanın çempionluq iddiasına ciddi zərbə vurub. Elə Milinko Pantiçin yetirmələri də 3 turdu ki, 3 xala həsrət qalıb. Bu oyun hər iki komanda üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, Qəbələ təmsilçisi səfər məğlubiyyəti sayəsində bir neçə pillə aşağı düşə bilər. Bundan sonra isə komandanın Avropa istəyi daha da çətin olacaq. Hazırda 5-ci pillədə qərarlaşan paytaxt klubu isə qələbə sayəsində mövqeyini yaxşılaşdıra bilər.
Növbəti qarşılaşma Zaqatalada baş tutacaq. "Simurq" doğma azarkeşləri önündə "Rəvan"ı sınağa çəkəcək. Georgi Çixradzenin komandasının qeyri-sabit oyunu bu oyunda paytaxt klubu üçün xal almaq imkanı yaradır. Lakin "Rəvan" səfərdə tam heyətlə meydana çıxmayacaq. Belə ki, Güvənç Kurtar Zaqatalada heyətin əsasən gənc futbolçulardan təşkil olunduğunu bildirib. Bu qarşılaşmada üstünlüyü meydan sahiblərinə vermək olar. Qonaqların kubok oyunu səbəbindən daha sıx qarfiklə meydana çıxdığını düşünsək, "Simurq"un bu görüşdən qalib ayrılacağını demək olar.
Bu görüşlə eyni vaxtda "Sumqayıt" - "Xəzər Lənkəran" görüşü də start götürəcək. İddialı klublardan xal alan meydan sahibləri bu dəfə də Lənkəran klubunu büdrətməyə çalışacaq. Cənub klubu bu görüşə itkilərlə çıxacaq. Belə ki, Mustafa Dənizli Deyvid Sakkoni, Rahid Əmirquliyev və Tural Cəlilovun xidmətindən istifadə edə bilməyəcək. Aqil Məmmədov isə heyətdə problem olmadığından istədiyi heyəti meydana çıxara biləcək.
Növbəti qarşılaşma "Şəfa" stadionunda keçiriləcək. Bu dəfə 2 iddialı klub - "İnter" və "Qarabağ" üz-üzə gələcək. "Qarabağ" çempionluq yolunda inamla irəliləmək üçün bu görüşdən mütləq xalla ayrılmalıdı. Məlubiyyət Ağdam klubunun qonşuları ilə xal fərqinin azalmasına gətirib çıxara bilər. Bu isə Qurban Qurbanovun ürəyincə olmayacaq. Kaxaber Sxadadze də xal fərqini azaltmaq üçün qələbə qazanmağa çalışacaq. Azarkeşlər bu görüşdə maraqlı oyunun şahidi olacaq.
Günün və turun son oyunu "Bakcell Arena"da baş tutacaq. İstədiyi pillədə qərarlaşmayan "Neftçi" AZAL-la münasibətlərinə aydınlıq gətirəcək. Bu oyunda maraqlı bir məqam diqqəti cəlb edir. Belə ki, AZAL ötən dövrədə "ağ-qaralar" üzərində qələbə qazanmışdı. Bu isə Nazim Süleymanovun gedişinə səbəb olan məğlubiyyətlə nəticələnmişdi. Böyükağa Hacıyev demək olar ki, artıq komandanı toparlamağa başlayıb. Ötən günə qədər Vaqif Sadıqovun çalışdırdığı komanda isə hələ də heyət problemindən yaxa qurtara bilmir. Bu azmış kimi, vacib qarşılaşma öncəsi təcrübəli mütəxəssis də istefa verdiyindən, "təyyarəçilər" paytaxt derbisinə həm də baş məşqçisiz çıxmış olacaqlar.
Topaz Premyer Liqası, 26-cı tur
16 mart
14:00. Bakı - Qəbələ
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Bakı. "Bakı" FK-nın təlim-məşq bazasının stadionu.
15:00. Simurq - Rəvan
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
Hakim-inspektor: Fazil Mürşüdov.
Zaqatala. Zaqatala şəhər stadionu.
15:00. Sumqayıt - Xəzər Lənkəran
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Suqmayıt. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
17:00. İnter - Qarabağ
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Kərim Ağayev.
Bakı. Şəfa stadionu.
17:30. Neftçi - AZAL
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
Bakı. "Bakcell Arena".
Bombardirlər:
13 - Reynaldo (Qarabağ);
12 - Vaqif Cavadov (İnter);
10 - Daniel Subotiç (Qəbələ);
8 - Etame Mbilla (Xəzər Lənkəran), Rauf Əliyev (Bakı).