17 mart 2014 00:01

Qarabağ rəqib tanımır

Topaz Premyer Liqasında 3-cü dövrə də başa çatmaq üzrədi. Azerisport.az xəbər verir ki, ötən gün 26-cı turun görüşləri keçirildi.

Turun açılış matçında "Bakı" "Qəbələ"ni qəbul edirdi. 41 xalla 5-ci olan "zolaqlılar" özündən 2 xal öndə olan turnir cədvəlinin ikincisini məğlub yola salmaqla böyük üstünlük qazanmaq şansına malik idi. Lakin son dövrlər uğursuz çıxış edən Yuri Syominin komandası da paytaxta məğlub olmaq üçün gəlməmişdi. Demək olar ki, eyni gücə malik komandaların görüşündə hesabı möhtəşəm qola imza atan qonaqların forvardı Daniel Subotiç açdı. Lakin paytaxt təmsilçisi görüşün sonlarında məhz Subotiçin səbəb olduğu penalti sayəsində məğlubiyyətdən yaxa qurtara bildilər. Beləcə, avrokuboklara getməyi hədəfləyən bu iki klub növbəti xal itkisi ilə üzləşdilər. Bu xal itkisi "Bakı"nın mövqeyinə təsir etməsə də, "Qəbələ" ikinciliyi əldən vermək məcburiyyətində qaldı.

Çempionatın autsayderi "Sumqayıt" doğma meydanda çempionatın digər uğursuzlarından "Xəzər Lənkəran"ı qəbul etdi. Heyətində bəzi itkiləri olan cənub təmsilçisinin Aqil Məmmədovun yetirmələri ilə görüşdə də istəyinə çata bilməməsi istisna olunmurdu. Amma Mustafa Dənizlinin komandası çətinliklə də olsa, istəyinə çatdı və 1 qolla da olsa, qələbə qazandı. Baxmayaraq ki, bu 3 xal "ağ-yaşıllar"ın turnir cədvəlinin 7-ci pilləsindən yuxarı qalmağa imkan yaratmadı.

Bu görüşlə eyni vaxtda Zaqatalada "Simurq" "Rəvan"la qarşılaşdı. Paytaxt klubunun bu görüşdə hansısa uğur qazanacağına inam onsuz da çox az idi. Məsələ burasındadı ki, qarşıdakı "Bakı" ilə kubok görüşünü düşünən baş məşqçi Güvenç Kurtar bir neçə zədəli ilə yanaşı, aparıcı oyunçulara da istirahət verərək, Zaqatalaya aparmamışdı. Bundan yararlanan "Simurq" qarşılaşmanın taleyini elə ilk yarıda həll etdi. Georgi Çixradzenin komandası 2 cavabsız qolla növbəti 3 xala sevindilər.

Lider "Qarabağ" bu tur çətin rəqiblə üz-üzəydi. Belə ki, Qurban Qurbanovun komandası səfərdə "İnter"lə qarşılaşdı. Son turlarda qarşısına çıxan hər bir rəqibini böyük hesablarla məğlub edən Ağdam təmsilçisinin bu görüşdə büdrəməsini gözləyənlər var idi. Hər halda "bankirlər" "Qarabağ" üçün düşərli rəqib hesab olunmurdu. Amma "atlılar" bu dəfə "İnter"ə də divan tutdular. Halbuki, Kaxaber Sxadadzenin yetirmələrinin belə hesabla yeniləcəyini proqnozlaşdırmaq çox çətin idi. Bu qələbə sayəsində "Qarabağ" bir daha çempionluğa əsas namizəd olduğunu təsdiqlədi. Hər halda bu komandanın əsas izləyicisi ilə aradakı 10 xallıq fərq qalmaqdadı.

"Bakı" və "Qəbələ"nin xal itirməsindən ən çox faydalanan isə "Neftçi" oldu. Böyükağa Hacıyevin komandası AZAL-la qarşılaşdı. Görüşdən bir gün öncə Vaqif Sadıqovun istefa verməsi "təyyarəçilər"in onsuz da ağır olan vəziyyətini bir qədər də qəlizləşdirmişdi. Gözlənildiyi kimi, "ağ-qaralar" rəqibin psixoloji cəhətdən acınacaqlı durumda olmasından maksimum yararlandı. Düzdü, yaratdığı qol epizodlarından maksimum yararlanacağı halda, qonaq komanda məğlub olmaya da bilərdi. Amma "təyyarəçilər" yalnız matçın əlavə vaxtında penaltidən vurduğu qol təsəllidən başqa heç nəyə yaramadı. Çünki "Neftçi" buna qədər Araz Abdullayevin dublu ilə 3 xalı özünə təmin etmişdi.

Topaz Premyer Liqası
26-cı tur

BAKI - QƏBƏLƏ - 1:1
Qollar: Elvin Məmmədov, 90+1-pen. - Daniel Subotiç, 80.
Sarı vərəqələr: Lukas Mario Horvat, 35 (qeyri-idman hərəkəti) - Elnur Allahverdiyev, 65 (qeyri-idman hərəkəti); Rafael Santos, 73 (qeyri-idman hərəkəti); Daniel Subotiç, 90 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Fərid Məmmədov.
Əlavə köməkçi hakimlər: Feyzulla Feyzullayev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.
16 mart 2014. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 600 tamaşaçı.

Bakı: 1. Aqil Məmmədov, 12. Etto, 3. Yure Travner, 5. Ruben Qonzales, 4. Mario Alvares, 31. Vüqar Mustafayev, 23. Lukas Mario Horvat, 16. Xavyer Junior, 17. Risto Ristoviç (19. Marius Pena, 82), 8. Cavid Hüseynov (21. Elvin Məmmədov, 77), 11. Rauf Əliyev (k) (22. Namiq Ələsgərov, 65).
Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 34. Şəhriyar Əliyev, 24. Georgios Pelagias, 10. Aleksandar Soliç.
Baş məşqçi: Milinko Pantiç.
Qəbələ: 1. Kamran Ağayev (k), 7. Marat İzmaylov, 8. Nizami Hacıyev (17. Nuran Qurbanov, 64), 10. Dodo, 14. Lorenzo Ebesilio, 16. Ruslan Tağızadə, 18. İbrahima Niasse, 31. Daniel Subotiç, 36. Elnur Allahverdiyev, 42. Leonardo da Silva (22. Lourival Assis, 71), 44. Rafael Santos (46. Davron Erqaşev, 75).
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 9. Viktor Mendi, 19. Abdulvahid Afolabi, 88. Müşfiq Teymurov.
Baş məşqçi: Yuri Syomin.

SİMURQ - RƏVAN - 2:0
Qollar: Rəşad Eyyubov, 13, Draqan Çeran, 31.
Hakimlər: Ömər Paşayev, Rza Məmmədov, Knyaz Əmiraslanov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
Hakim-inspektor: Fazil Mürşüdov.
Sarı vərəqələr: Benjamin Lambot, 90+2 (sistematik qayda pozuntusu) - Boyan Markoviç, 86 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
16 mart 2014. Zaqatala şəhər stadionu. 500 tamaşaçı.

Simurq: 1. Pavel Kapsa, 5. Anderson Oliveyra, 7. Ruslan Poladov (k), 9. Mindauqas Kalonas (22. Salif Ballo, 75), 10. Rəşad Eyyubov (21. Murad Səttarlı, 83), 11. Draqan Çeran, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 30. Raul Kostin (15. Stepan Polyak, 68), 77. Nicat Qurbanov.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 4. Dilaver Zrnanoviç, 6. Taqim Novruzov, 17. Rüstəm Məmmədov.
Baş məşqçi: George Çixradze.
Rəvan: 85. Kamal Bayramov (k), 19. Hüseyn Axundov, 16. Orxan Lalayev, 28. Boyan Markoviç, 7. Elvin Həsənəliyev, 30. Cəmşid Məhərrəmov, 41. Kamil Kopunek (24. Yamin Ağakərimzadə, 76), 6. Ceyhun Cavadov, 9. Elnur Abdulov, 10. Tyaqo de Souza, 14. Xuan Manuel Varea (11. Kamil Nurəhmədov, 67).
Ehtiyat oyunçular: 99. Murad Qənbərov, 3. Məmməd Quliyev, 26. Rüfət Cəlilov.
Baş məşqçi: Güvenc Kurtar.

SUMQAYIT - XƏZƏR LƏNKƏRAN - 0:1
Qol: Deyan Blajevski, 65-pen.
Sarı vərəqələr: Samir Abasov, 67 (qeyri-idman hərəkəti) - Rasim Ramaldanov, 78 (qeyri-idman hərəkəti); Etame Mbilla, 90+2 (qeyri-idman hərəkəti).
Hakimlər: Alik Yunusov, Azər Əsgərov, Coşqun Həsənov, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
16 mart 2014. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 1100 tamaşaçı.

Sumqayıt: 63. Şahruddin Məhəmmədəliyev, 4. Samir Abasov (k), 7. Pərdis Fərcad-Azad (88. Mirzağa Hüseynpur, 66), 9. Tərzin Cahangirov (8. Aqşin Muxtaroğlu, 79), 10. Uğur Pamuk, 15. Nodar Məmmədov, 17. Adil İbrahimov, 18. Aleksandr Çertoqanov (14. Məhəmməd Qurbanov, 60), 21. Məhəmməd Mirzəbəyov, 92. Bəxtiyar Həsənalızadə, 99. Rəhman Hacıyev.
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 2. Şəhriyar Xəlilov, 3. Vurğun Hüseynov, 11. Ruslan Nəsirli.
Baş məşqçi: Aqil Məmmədov.
Xəzər Lənkəran: 19. Vyekoslav Tomiç, 2. Slavik Alxasov, 5. Tyeqo de Xesus, 6. Rasim Ramaldanov, 8. Deyan Blajevski, 10. Elnur Abdullayev (k), 12. Junior Nildo (20. Etame Mbilla, 46), 23. Nikola Qliqorov, 27. Manuel Skarlatake, 30. Elias Ribeiro (7. Sadio Tounkara, 77), 55. Ağabala Ramazanov (14. Rahid Əmirquliyev, 77).
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 11. Zohair Benuahi, 16. Adrian Pit, 42. Kamran Abdullazadə.
Baş məşqçi: Mustafa Dənizli.

İNTER - QARABAĞ - 0:3
Qollar: Leroy Corc, 38, Vüqar Nadirov, 60, Maksim Medvedev, 89.
Hakimlər: Fariz Yusifov, Elşən Acalov, Munis Abdullayev, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Kərim Ağayev.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 2 dəq.
16 mart 2014. Bakı. “Şəfa” stadionu. 2000 tamaşaçı.

İnter: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 7. Ruslan Əmircanov, 8. Mikel Alvaro  (9. Aleksandr İaşvili, 46), 15. Yohan Bokonyano (27. Dieqo Madriqal, 79), 19. Sezar Meza Kolli (28. Baçana Sxadadze, 38), 20. Brüs Abdulaye, 21. Arif Daşdəmirov, 70. Vaqif Cavadov (k), 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 5. Slavço Georgiyevski, 11. Asif Məmmədov, 47. Abdulla Abatsiyev.
Baş məşqçi: Kaxaber Sxadadze.
Qarabağ: 13. İbrahim Sehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 10. Muarem Muarem, 17. Vüqar Nadirov (18. İlqar Qurbanov, 90), 20. Riçard Almeyda (7. Namiq Yusifov, 76), 24. Admir Teli (k), 25. Ansi Aqolli, 41. Leroy Corc (9. Reynaldo Silva, 81), 55. Bədavi Hüseynov, 70. Çumbinyo.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 11. Ulrix Kapolonqo, 19. Jaba Dvali.
Baş məşqçi: Qurban Qurbanov.

NEFTÇİ - AZAL - 2:1
Qollar: Araz Abdullayev, 6; 44 - Con Oluremi, 90+3-pen.
Sarı vərəqələr: Flavinyo, 67 (fitdən sonra topa zərbə); Ernest Nfor, 71 (qeyri-idman hərəkəti) - Şəhriyar Rəhimov, 21 (rəqibi tutduğuna görə); Kərim Diniyev, 76 (rəqibi tutduğuna görə).
Hakimlər: Rauf Cababrov, Nahid Əliyev, Namiq Hüseynov, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
16 mart 2014. Bakı. “Bakcell Arena” stadionu. 500 tamaşaçı.

Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 7. Araz Abdullayev (21. Samir Məsimov, 83), 9. Flavinyo (8. Elşən Abdullayev, 68), 14. Bahodır Nasimov, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 19. Mirhüseyn Seyidov, 22. Mahir Şükürov (k), 32. Elvin Yunuszadə, 90. Ernest Nfor (23. Ruslan Qurbanov, 87).
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 3. Denis Silva, 5. İqor Mitreski, 11. Melvin Platye.
Baş məşqçi: Böyükağa Hacıyev.
AZAL: 1. Ruslan Məcidov, 4. Xose Junior Aylton, 17. Viktor İqbekoyi (k), 20. Branislav Arsenyeviç, 26. Kərim Diniyev, 31. Şəhriyar Rəhimov, 5. Murad Ağayev (7. Cavid Tağıyev, 85), 32. Laşa Kasradze (18. Samuel Barlay, 85), 15. Oskar Klava, 10. Con Oluremi, 89. Nedo Turkoviç.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 28. Emin Cəfərquliyev, 8. Qərib İbrahimov, 9. Orxan Həsənov, 22. Axtam Xamroqulov.
Məşqçi: Şakir Qəribov.

1 Qarabağ 26 16 7 3 47 14 +33 55
2 Neftçi 26 13 6 7 39 33 +6 45
3 Qəbələ 26 13 5 8 36 24 +12 44
4 İnter 26 12 6 8 37 30 +7 42
5 Bakı 26 12 6 8 41 28 +13 42
6 Simurq 26 9 9 8 27 19 +8 36
7 XL 26 8 10 8 27 35 –8 34
8 AZAL 26 6 8 12 25 38 –13 26
9 Rəvan 26 3 8 15 15 45 –30 17
10 Sumqayıt 26 2 7 17 16 44 –28 13

Bombadirlər:
13
- Reynaldo (Qarabağ)
12 - Vaqif Cavadov (İnter)
11 - Daniel Subotiç (Qəbələ)
8 - Etame Mbilla (Xəzər Lənkəran), Rauf Əliyev (Bakı), Draqan Çeran (Simurq).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.