16 mart 2014 11:33

Vaqif Sadıqov: Heç kim məni getməyə məcbur etməyib

AZAL-ın sabiq məşqçisi Vaqif Sadıqov öz istefasından sonra azerisport.az saytının müxbiri ilə söhbətləşib:
- İstefa barədə sizin gözlənilməz qərarınız bizi çox təəccübləndirdi. Səbəb nədir?
- AZAL rəhbərliyi ilə görüşdə komanda işlərin vəziyyəti müzakirə olundu. Etiraf edim ki, on oyunlarda biz gözlənilən nəticəni göstərmirdik. Komandaya yarış cədvəlindəki vəziyyətini yaxşılaşdırmaq müyəssər olmur. Rəhbərlik bildirdi ki, bizim Avropa Liqasına yer uğrunda mübarizə aparmağımızı istəyir. Hazırda bu, mümkün deyil. Mən gücümdə olan hər şeyi edirəm. Komandanın potensialını nəzərə almaq lazımdır. Görüşün sonunda ayrılmaq qərarını verdik.

- Təşəbbüs  sizin idi?
- Bəli. Mənim istefam qəbul edildi.
- “Neftçi” ilə oyunqabağı bu, nə dərəcədə düzgün idi?
- Ola bilsin ki, davam etməyə dəyərdi. Ancaq mən əminəm ki, heç nəyə baxmayaraq, futbolçular “Neftçi”yə qarşı sona qədər mübarizə aparacaqlar. Axşam mən komanda ilə vidalaşdım. Uşaqlara istefam pis təsir etdi. Əminəm ki, onlar təslim olmayacaqlar.

- Siz oyuna baxacaqsınız?
- Mən oyunlara nadir hallarda gedirəm. Ancaq futbolçular xahiş etdilər ki, mən oyuna gəlim. Ona görə də gələcəyimiz istisna etmirəm.

- Deyirsiniz ki, sizdən Avropa Liqasına çıxmaq, ora düşmək uğrunda mübarizə tələb edirdilər. Ancaq hamıya məlumdur ki, AZAL-ın büdcəsi ilə bu, çox çətin tapşırıqdır.
- Mən nə vaxtasa qarşımda qoyulmuş şərtlərlə razı idim. Mənə belə gəlir ki, problemlərdən komandada işlədiyin müddətdə danışmaq lazımdır. Bunu gedəndən sora etmək, haradasa kişilikdən deyil.

- Rəhbərlik istefaya işarə vururdu?
- Xeyr, bir dəfə də olsun. Sadəcə, görüş zamanı mən dedim ki, əgər rəhbərlik komandanın nəticələrindən narazıdırsa, bu halda, mən məsuliyyəti üzərimə götürməyə razıyam. Bu halda, mənim istefam mümkündür. Mənim qərarıma hörmətlə yanaşdılar.

- Komandanı “Neftçi”yə qarşı oyuna kim çıxaracaq?
- Şakir Qəribov. O, mənim köməkçim olub. Həm AZAL-a və həm də məni əvəzləyəcək kəsə uğurlar arzu edirəm. Bu komandada bacardığım hər şeyi etmişəm. Əgər kimdəsə daha yaşı alınsa, mən buna ancaq şad olaram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.