16 mart 2014 11:11
İnter və Qarabağ sülh bağlayacaq, Neftçi qazanacaq
Millimizin sabiq qapıçısı Hüseyn Məhəmmədov TPL-in 26-cı turu çərçivəsində keçiriləcək oyunların nəticələrinin təxmini ilə bağlı ehtimallarını azerisport.az saytına bildirib:
Bakı - Qəbələ
Çətin oyun olacaq. Hər iki komanda qələbəyə oynayacaq. Axı onlar yarış cədvəlinin üst sıraları uğrunda mübarizə aparır. Ancaq düşünürəm ki, biz qalibi görə bilməyəcəyik. Heç-heçə olacaq.

Sumqayıt - Xəzər lənkəran
“Sumqayıt”ın necə komanda olmasını hamımız bilirik. Özünü sübut etməyə çalışan gənc futbolçulardan təşkil edilib. Buna rəğmən, çətin ki, “Xəzər Lənkəran” autsayderlə oyuna xal itirmək istəsin. Mən hesab edirəm ki, “Xəzər Lənkəran”ın qələbə şansları daha çoxdur.

Simurq - Rəvan
Nəzərə alsaq ki, görüş Zaqatalada keçiriləcək, əlbəttə, “Simurq” oyunun favoritidir. Bununla belə, “Rəvan” da son turda yaxşı mübarizə aparıb. Təxmin edirəm ki, heç-heçə olacaq.

İnter - Qarabağ
Hər iki komanda medallar uğrunda yarışır. “Qarabağ” həm də yarış cədvəlində liderlik edərək, çempionluq mübarizəsindədir. Ancaq mən heç-heçəyə qoyuluş edirəm.

Neftçi - AZAL
“Neftçi” çempionluğa oynayır. Buna görə də xallar qazanmağa sadəcə, borcludur. AZAL əlbəttə ki, öz məqsədləri uğrunda mübarizə aparacaq. Ancaq mən hesab edirəm ki, “neftçilər” üç xalı götürəcəklər. Mən buna yüz faiz əminəm.