16 mart 2014 20:48
Yunisoğlusuz Dənizlispor məğlub oldu
Bu gün Türkiyə Birinci Divizionunun 30-cu tur oyunları keçirilir. Azerisport.az xəbər verir ki, futbolçumuz Saşa Yunisoğlunun komandası “Tekden Dənizlispor” öz meydanında “Karşıyaka”nı qəbul edib və 2:3 hesabı ilə məğlub olub.
Saşa Yunisoğlu iştirak ərizəsinə salınmayıb.
Hazırda “Tekden Dənizlispor” 31 xalla yarış cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
