16 mart 2014 20:40
Şakir Qəribov: Vaxtında buraxılan səhvlər öz nəticəsini göstərir
AZAL-ın baş məşqçisi Şakir Qəribov Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində komandasının “Neftçi” qarşı keçirdiyi oyunu (1:2) şərh edib. Azerisport.az xəbər verir ki, Qəribov bunları söyləyib:
“Bugünkü oyun çox çətin idi. Komandamızda dəyişiklik oldu, bu da oyunumuza təsir etdi. Məğlub olmağımıza baxmayaraq, komanda yaxşı təsir bağışladı. İlk hissədəki qol imkanlarından istifadə edə bilmədik. Oyunu bərabərləşdirmək lazım idi. Yaratdığımız qol epizodları həm bərabərlik, həm də qələbə qazanmaq üçün kifayət edərdi. Yaxşı oyunlarımızdan birini oynadıq. Vaqif Sadıqovun oyundan bir gün öncə komandadan ayrılması hamımıza təsir etdi. Onunla komandaya gəlmişəm, onunla da gedəcəyəm. Vaxtında buraxılan səhvlər öz nəticəsini göstərir. Vaqif Sadıqov Azərbaycanın ən güclü məşqçilərindən biridir”.
(PFL)
