16 mart 2014 20:11
Abışov iştirak ərizəsinə salınmadı, Rubin qələbə qazandı
Bu gün Rusiya Premyer-liqasının 21-ci tur oyunları keçirilir. Azerisport.az xəbər verir ki, millimizin müdafiəçisi Ruslan Abışovun komandası “Rubin” öz meydanında “Volqa”nı qəbul edib və 3:1 hesabı ilə qələbə qazanıb.
Ruslan Abışovun adı iştirak ərizəsinə salınmayıb.
Hazırda “Rubin” 27 xalla yarış cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
