16 mart 2014 20:00
Özkara beş dəqiqə oynadı, Sivasspor darmadağın oldu
Bu gün Türkiyə Superliqasının 25-ci tur oyunları keçirilir. Azerisport.az xəbər verir ki, millimizin hücumçusu Cihan Özkaranın komandası “Sivasspor” öz meydanında gözlənilmədən “Trabzonspor”a 0:4 hesabı ilə məğlub olub.
Cihan Özkara 85-i dəqiqədə meydana çıxıb.
Hazırda “Sivasspor” 36 xalla yarış cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
