16 mart 2014 19:30
Qurban Qurbanov: İndidən çempionluq haqqında danışmaq hələ tezdi
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 3:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Yaxşı qələbə qazandıq, vacib 3 xal əldə etdik. Hər qarşılaşmada yaxşı oyun göstərib 3 xal qazanmaq vacibdi. Oyunların sıx qrafiklə keçirilməsi bizə çətinlik yaşada bilər. Artıq növbəti oyunlara hazırlaşmalıyıq. Qarşıda hələ 10 tur var, indidən çempionluq haqqında danışmaq hələ tezdi. Kiçik bir diqqətsizlik oyunumuza təsir edə bilər”.