16 mart 2014 18:10
Çixradze: Daha çox qol vura bilərdik
"Simurq"un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində "Rəvan"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun gürcü çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Yaxşı oyun oldu, çoxlu hücumlar təşkil etdik. Topa nəzarət edirdik, ilk hissədə iki qol vurduq. Daha çox qol vura bilərdik, lakin qol imkanlarından faydalana bilmədik. Komanda tam gücü ilə oynadı. Azarkeşlər bizi sona kimi dəstəklədi”.