16 mart 2014 18:05
"Bura ən azından heç-heçə üçün gəlmişdik"
"Rəvan"ın baş məşqçisi Güvenç Kurtar Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində "Simurq"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "aslanlar"ın türkiyəli çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Öz komandamı da təbrik edirəm, bacardığımız qədər mübarizə apardıq. Əsas heyətin 8 futbolçusu bu gün heyətdə olmasa da, bura ən azından heç-heçə üçün gəlmişdik. Təəssüf ki, cərimə zərbəsindən vurulmuş qol planlarımızı alt-üst etdi. Ardınca da ikinci qolu buraxdıqdan sonra qalib gəlmək şansımız azaldı. “Simurq” doğma meydanda çox yaxşı oynayan komandadır. Daha da yaxşı oynaya bilərdik, heç-heçə edə bilərdik. Qarşıdakı kubok oyununa hazırlaşacağıq. Cəzalı və zədəli futbolçularımız var. Hər iki komandanı təbrik edirəm”.