16 mart 2014 17:53
Dənizli: Buna ehtiyacımız var idi
"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, cənub klubunun türkiyəli çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Bir neçə oyundu ki, heç-heçə edirik. Qalib gəldiyimiz üçün şadıq, buna ehtiyacımız var idi. Qarşıdakı 10 turdan sonra haraya kimi gedə biləcəyimiz daha dəqiq görünəcək. Bizim üçün həm kubok, həm də Premyer Liqa vacibdi”.