16 mart 2014 17:45
Aqil Məmmədov: Komanda üzvləri ilə ciddi söhbət edəcəm
"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Çox zəif oynadıq. Fikrimcə, futbolçularda arxayınçılıq var. Komanda ilə ciddi söhbət edəcəm. Bu cür oyunla heç kimə qalib gələ bilmərik”.
“Çox zəif oynadıq. Fikrimcə, futbolçularda arxayınçılıq var. Komanda ilə ciddi söhbət edəcəm. Bu cür oyunla heç kimə qalib gələ bilmərik”.
