16 mart 2014 16:44
Pantiç: Məğlub olmadığımıza sevinirəm
"Bakı"nın baş məşqçisi Milinko Pantiç Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin serbiyalı çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Çətin oyun oldu, çempionatın ən yaxşı komandalarından birinə qarşı oynadıq. Seçim üçün çox oyunçumuz yoxdu. Raufun zədələnməsi bizi üzdü. Subotiç mükəmməl qol vurdu. Məğlub olmadığımıza sevinirəm. İki xal itirdiyimizə də üzülürəm. Qarşıda “Rəvan”la kubokun cavab oyunu var. Komandaların aşağı liqaya düşməyəcəyi haqqında qərar onlarda arxayınlıq yaratdı. Çempionat ərzində çoxlu yoldaşlıq oyunları görəcəyik. Bizdə hücumçu çatışmazlığı var, bunu hamı görür. Rauf hər oyunda meydana çıxır, yaxşı oyunçudu. Hər hansı bir qərar verəndə həmişə idman tərəfini də düşünmək lazımdı”.