16 mart 2014 15:02

Qarayev: Fərdi mübarizə bizə aid deyil

"Qarabağ"ın futbolçusu Qara Qarayev azerisport.az saytına müsahibəsində "İnter"lə oyundan, Vaqif Cavadovdan və AFFA-nın qərarından danışıb.

- Lider olduğunuzu nəzərə alaraq hər görüş xüsusi əhəmiyyət kəsb edir. "İnter"lə matç nə dərəcədə çətin olacaq?
- "İnter" Azərbaycan çempionatının güclü klublarından biridi. Öz futbol fəlsəfəsi olan və daim rəqibə qarşı diqqətli oynayan komandadı. "İnter"lə oyunumuz son dərəcə çətin olacaq. Bu komanda hər zaman "Qarabağ"a qarşı yaxşı oynayıb. Bununla belə məqsədimiz qələbədir. "Qarabağ" ardıcıl olaraq xal qazanmaqda davam etmək istəyir. Hər xal bizim üçün çox vacibdi.

- "Qarabağ" izləyicilərini 9 xal qabaqlayır. Bu mənada növbəti oyuna arxayın çıxmaq mümkündü...
- Biz çempionluq barədə düşünmürük. Qarşıda 11 tur var. Bu oyunlar zamanı çox şey dəyişə bilər. Hər qələbəyə 3 xal verirlər. Ona görə diqqətli olmaq lazımdır. 9 xal 3 qələbə deməkdir. Yəni arxayınlaşsaq bizə baha başa otura bilər. Əksinə əsas rəqiblərimiz üzərində qələbə qazanmaq istəyirik. Premyer Liqada əsas mübarizə indi başlayır.

- "İnter"in heyətində əsas hansı futbolçunu fərqləndirə bilərsən?
- Əlbəttə, Vaqif Cavadov. Keçmiş komanda yoldaşım "İnter"in əsas oyunçularındandı. Hər oyun qol vurur. Özü də demək olar ki, bütün komandalara qarşı matçda fərqlənib. Cavadov "İnter"in sanki "vuran ayağı"dı. Onu nəzarətdə saxlamaq lazımdı. Vaqifin qol duyumu yaxşıdı. Ona görə rəqiblərə başağrısı olur.

- Deməli, siz Vaqif Cavadovu nəzarətdə saxlayacaqsız?
- Xeyr. Biz komanda futbolu oynayırıq. Fərdi mübarizə bizə aid deyil. Əgər Cavadovu nəzarətdə saxlasaq, İaşvili fərqlənə bilər. Tək İaşvilini saxlasaq onda Baçana problem yaradacaq. Biz "İnter"ə qarşı mübarizə aparacağıq. Deməli, meydanda olan hər bir futbolçu bizim rəqibimizdi. Fərdi mübarizə futbolda uğur qazandırmır.

- Əksəriyyət "İnter"in müdafiə futbolu oynadığını söyləyir...
- "İnter" neçə illərdi müdafiəyə daha çox diqqət yetirir. Elə olur ki, meydanda 5 müdafiəçiylə çıxış edir. Bizə qarşı da bəzən 5 müdafiəçiylə mübarizə aparır. Amma sürətli futbolçuları da var. Onlar müdafiədən hücuma sürətlə keçir. Yeni transfer olunan legionerlərini qeyd etmək istərdim. Hücuma sürətlə keçirlər və nəticədə qapı qarşısında həyəcanlı anlar yaşanır.

- "Qarabağ"ın kubokda səfərdə "Qəbələ" ilə 0:0 oynaması şanslarınızı azaldır?
- Cavab matçında da şanslar bərabərdi. Kubokda çempionatda olduğu kimi sona qədər mübarizə aparacayıq. Düzdü, bir qədər çətindir. Amma hər iki cəbhədə yarışmaq həm də mütləqdir. Cari mövsüm necə çıxış etdiyimiz çempionatın sonunda məlum olacaq. Liderliyi sona qədər qorumaq və kubokda mümkün qədər irəliləmək vacibdir.

- AFFA İcraiyyə Komitəsi 21 yaşınadək olan futbolçuların məvacibinə limit tətbiq edib. Səncə, bu qərar gəncləri həvəsdən salmayacaq?
- AFFA-nın bütün qərarları futbolun inkişafına nəzərdə tutulub. Onlar istəyir ki, gənclər legioner həyatı yaşasın. Fikrimcə düzgün qərardır. Bu gənclərə daha diqqətli olmağı və səylə çalışmağı öyrədəcək. Bu gün 2000-3000 manat alırıqsa deməli sabah 2-3 milyon qazanmaq üçün belədir. Bu qərar gələcəyə düşünülüb. İndi bəlli məvacib alacaqlarsa bir neçə ildən sonra daha yaxşı oynamaqla çox qazanmaq mümkün olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.