16 mart 2014 14:25
"Bu gün 2000 aldığımız halda gələcəkdə 2 milyon qazana bilərik"
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev AFFA İcraiyyə Komitəsinin 21 yaşınadək olan futbolçuların məvacibinə limit tətbiq etmək barədə qərarına münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"AFFA-nın bütün qərarları futbolun inkişafına nəzərdə tutulub. Onlar istəyir ki, gənclər legioner həyatı yaşasın. Fikrimcə, düzgün qərardı. Bu gənclərə daha diqqətli olmağı və səylə çalışmağı öyrədəcək. Bu gün 2000-3000 manat alırıqsa, deməli, sabah 2-3 milyon qazanmaq üçün belədi. Bu qərar gələcəyə düşünülüb. İndi bəlli məvacib alacaqlarsa bir neçə ildən sonra daha yaxşı oynamaqla çox qazanmaq mümkün olacaq".