16 mart 2014 13:44
Ruben Qonzales: İldə 1 milyon avro məvacib almağım yalandı
“Bakı”nın futbolçusu Ruben Qonzales azerisport.az saytına müsahibəsində “Qəbələ” ilə oyundan, Azərbaycan Kubokunda Rəvanla görüşdən, illik qazancından danışıb:
- Azərbaycan çempionatının növbəti turunda “Qəbələ” ilə mübarizə aparacaqsınız. Oyuna hazırlıq necə gedir?
- Kubok görüşündən sonra bütün fikrimiz çempionata yönəlib. “Qəbələ” ilə görüşü medallar uğrunda mübarizədə əsas oyunlardan biri adlandırmaq olar. Rəqib 2-ci yerdədir. Biz irəliləmək istəyiriksə, onları məğlub etməliyik. Bu matçda bizi yalnız qələbə razı sala bilər. Digər nəticə iddiamıza zərbə olacaq.
- “Qəbələ” son oyunlar inamlı təsir bağışlamır. Doğma stadionda oynayacağınızdan, şanslarınızı yüksək qiymətləndirmək olar?
- “Qəbələ”nin heyətində matçın taleyini həll etməyi bacaran futbolçular çoxdur. Onların hər bir futbolçusu təhlükədir. Favorit yoxdur. Son oyunlarda xal itirdiyindən Bakıya qəzəbli gələcəklər. Oyun daha emosional olacaq və bizim üçün gərgin anlarla yadda qalacaq. Bakıda xal itirmək “Qəbələ”nin planlarına daxil deyil. Şansları oyun başlayandan sonra qiymətləndirsəniz, yaxşı olar.
- Son tur sizin üçün darmadağınla başa çatdı. “Qarabağ”a 0:4 hesablı məğlubiyyətin səbəbi nə idi?
- Əsas səbəb istəklə bağlı idi. “Qarabağ” futbolçuları daha istəkli oynadı. Çoxlu sayda şanslarımız oldu, amma qol vurmadıq. Ən pisi odur ki, qol buraxdıqdan sonra toparlanmağı bacarmadıq. Özümüzü itirdik, sonda belə məğlubiyyət qaçılmaz oldu.
- Bakı daha çox kubok yarışlarında uğurlu çıxış edir. Yəqin ki, çempionatdan çox kuboka diqqət yönəltmisiniz...
- Hazırkı dönəmdə çempionatda da şanslarımız qalır. Bəzi insanlar bizim mükafatçılar sırasına düşəcəyimizə inanmır. Onlara gözləməyi məsləhət görərdim. Çempionatın sonunda medalçılar məlum olacaq. Kubokda “Rəvan”la oyunu yaxşı keçirdik. Cavab matçında qələbə qazanmaqla yarımfinala çıxmaq istəyirik. Kubok bizə mövsümü titulla başa vurmağa kömək edə bilər.
- Azərbaycan çempionatında ilk mövsüm çıxış edirsən. Sənin üçün hansı komandaya qarşı oynamaq daha çətindir?
- Daha çox “İnter”ə qarşı oynamaq çətindir. Bu komanda bütün heyətlə müdafiəyə çəkilir və nəticədə öz oyunumuzu göstərməkdə çətinlik çəkirik. “İnter” yaxşı komandadır. Sadəcə, daha çox arxa xəttə diqqət yetirir. “İnter”lə oyunda çox əziyyət çəkirik. Bununla belə, “Bakı” hər zaman olduğu kimi “İnter”lə matça da qələbə üçün çıxır.
- Mətbuatda illik “Bakı” klubundan 1 milyon avro məvacib aldığın yazılıb. Doğurdan klubun ən bahalı futbolçususan?
- Maliyyə ilə bağlı sualları sevmirəm. Sadəcə, deyim ki, yazılanlar yalandır. Bu qədər məvacib almıram. Bu çox şişirdilmiş rəqəmdir.
- Bakı avrokuboka düşməsə günah kimdə olacaq?
- Gəlin, pessimist olmayaq. “Bakı” həm çempionatda, həm də kubokda iddiasını davam etdirir. Bu gün biz yarımfinala çox yaxınıq və kubokda sona qədər mübarizə aparmağa çalışacağıq. Ona görə belə fikirlərin səslənməsi yaxşı deyil. “Bakı” mütləq avrokuboklara vəsiqə qazanacaq və Azərbaycanı orada layiqincə təmsil edəcək.