15 mart 2014 12:11

Marat İzmaylov: İndi həvəskarlar liqasında belə, bir ayaqla heç kimi keçə bilməzsən

“Qəbələ”nin yarımmüdafiəçisi Marat İzmaylov azerisport.az saytına müsahibəsində özü, oyunu və hazırkı komandası haqda danışıb:
- Siz kədərli görünürsünüz. Səbəbi nədir?
- Mövsümün ikinci yarısında komandanın nəticələri və mənim oyunum yaxşı əhval üçün hələlik səbəb deyil. Ancaq mən deyərdim ki, kədərli olmaqdan çox, yorğunam.
- Əgər indi Azərbaycanı tərk etsəniz, bunu hansı hisslərlə edərdiniz?
- Əgər bunu indi etmək lazım gəlsə, ilk növbədə qeyri-qənaətbəxş hisslərlə edərdim. Yenə də təkrar edirəm, hal-hazırda öz oyunumdan razı deyiləm. Ancaq hər halda, Azərbaycan ömrümün maraqlı məqamıdır. Həm futbol, həm də həyati nöqteyi-nəzərdən böyük təcrübədir. Təxminən belə hisslər.
- Bizim Premyer Liqa hansı təəssüratları yaşatdı?
- Təqribən hər şeyi belə də təsəvvür edirdim. Fərdi planda yaxşı ifaçılar az deyil. Ümumilikdə, yaxşı, güclü liqadır.
- Ən çox hansı komanda xoşunuza gəldi?
- Əgər öz komandamızı nəzərə almasaq, sirr deyil və tam aydındır ki, topa və ümumilikdə oyuna yaxşı nəzarət edən “Qarabağ”.
- “Qəbələ”yə keçidiniz aydın səmada şimşək kimi çaxdı. Ancaq siz ümidləri hələlik doğrultmursunuz. Nə üçün?
- İlk növbədə ona görə ki, çox vaxt buraxmışam. Oynamamışam və məşq etməmişəm. Gördüyünüz kimi, bugünkü oyunumda bu, əksini tapır. Hər bir işdə gündəlik çalışmaq və inkişaf etmək lazımdır. Bu, ilk və əsas səbəbdir.
- Azərbaycanda belə desək, yalnız sol ayaqla oynamaq haqda fikirləriniz olmayıb?
- İndi hətta həvəskarlar liqasında belə, bir ayaqla heç kimi keçə bilməzsən. Belə fikirləri özümə heç yaxın belə, buraxmamışam.
- Qorxmursunuz ki, Azərbaycandakı uğursuzluq təqdirində, Marat İzmaylovun reytinqi kifayət qədər aşağı düşsün?
- Qorxmuram. Heç vaxt reytinqim arxasınca qaçmamışam. Əgər reytinq mövzusunda mühakimə yürütsək, Rusiya və Avropadakı karyera müddətim ərzində, danışdığımız reytinqimin çox aşağı salındığı məqamlar olub. Bu, klub daxilində rəhbərliklə hər hansı mübahisəli vəziyyətlər, zədələr, uğursuz dövrlər və oyun planına aiddir. Mən bunlardan dəfələrlə keçmişəm. Zirvədə olduğum kimi, dibdə də olmuşam. Bu səbəbdən, bunlar məni çoxdan qorxutmur.
- Bu halda, yaxın turlarda biz hamının tanıdığı Maratı görə biləcəyik?
- Ancaq onu vəd verə bilərəm ki, öz oyun formamı yüksəltməyə çalışacağam. Hər şeyin necə olacağını isə vaxt göstərəcək. Hazırkı komandamın uğur qazanmasına kömək etmək istəyirəm.
- Bu yaxınlarda klubunuzun vitse-prezidenti Fariz Nəcəfov saytımıza verdiyi müsahibəsində bildirmişdi ki, Əgər Marat İzmaylov ona bəslənən ümidləri doğrultsa, bu halda, klub onun transfer hüququnu əldə etməyə çalışacaq. Buna necə münasibət bəsləyirsiniz?
- Bu haqda mühakimə yürütmək, hələ tezdir. Mənim “Portu” ilə qüvvədə olan müqaviləm var.
- Portuqaliyaya qayıtmaq istəyirsiniz?
- Yüksək səviyyədə oynamaq üçün, buna cavab vermək lazımdır. İndi mənim bütün fikirlərim “Bakı” ilə qarşıdakı oyundadır. Mən öz qarşımda məqsəd qoymuşam. Qabaqcadan irəli baxmamaq və oyundan oyuna yaşamaq. Mövsümün axırında isə, hər şeyin necə alındığına və vəziyyətin necə olacağına baxarıq.
- Qəbələdə darıxmırsınız?
- Hər şey normaldır. Adi iş şəraitidir. Klub hətta Bakıda məskunlaşsa idi, həyatım indikinə oxşar olardı.
- Komanda yoldaşlarınızla münasibətiniz necədir?
- İstisnasız olaraq, hamı ilə münasibətim yaxşıdır. Kollektivdən razıyam. Meydanda olduğu kimi, gündəlik həyatda və məişətdə də isti ünsiyyətimiz var.
- “Qarabağ”ı çempionluq münasibəti ilə təbrik etmək istəmirsiniz?
- Yox. Sona qədər mübarizə aparacağıq. Avrokuboklara düşmək üçün şanlarımız yüksəkdir və çempionluğu da asanlıqla əldən verməyəcəyik.
- “Qəbələ” son oyunlarda rəqiblərinə dörd qol vurmuş “Qarabağ”dan xallar qoparmaq gücündədir?
- Mən bu komandaya qarşı oyunlarda iştirak etmişəm və qeyri-real heç nə görmürəm. Bu komandanı məğlub etmək olar. Məsələn, Kubok uğrunda dörddəbir finalın “Qarabağ”a qarşı cavab görüşündə mən əminəm ki, biz onları keçə biləcəyik. Bu, “Qəbələ”nin heç də yaxşı dövrü deyildi. Buna rəğmən, biz mübarizəni davam etdiririk və ümid edirəm ki, çətin dövr arxada qalıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.