15 mart 2014 11:33
Qurban Qurbanov: Əgər hər oyun dörd qol vururuqsa, bu, o demək deyil ki, həmişə belə olacaq
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov azerisport.az saytına açıqlamasında TPL-in 26-cı turu ərəfəsində “İnter”ə qarşı keçiriləcək oyunda komandasının məqsədlərindən danışıb:
“Komandada yaxşı ab-hava var. Hamı sıradadır. Rəqibimiz oyununu tapıb və bizə asan olmayacaq. Premyer Liqanın hər bir komandası bizdən xallar qopara bilər. Dörd qol vuracağıqmı? Əgər Premyer Liqanın son iki oyununda bunu etmişiksə, bu, o demək deyil ki, indi hər oyunda belə olacaq. Buna sübut, Kubokun son oyununda “Qəbələ”yə qarşı oyundur. Biz bir qol belə, vura bilmədik. “İnter”in güclü müdafiəsi var. Beləliklə, bizi 1:0 və ya 2:1 hesablı qələbə də təmin edir”.
