15 mart 2014 21:44
Vaqif Sadıqov AZAL-dan istefasının səbəblərini açıqladı
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov azerisport.az saytına açıqlamasında istefasının səbəblərinə aydınlıq gətirib:
“Axşam klub rəhbərliyi ilə görüşüm oldu və komandanın uğursuz nəticələri ilə bağlı müzakirələr apardıq. Rəhbərlik görüş zamanı komandanı avrokuboklara çıxarmaq vəzifəsi yenidən mənim qarşıma qoyuldu. Mən izah etdim ki, bu praktiki olaraq, mümkünsüz tapşırıqdır və bu səbəbdən istefa verdim”.
