15 mart 2014 21:00
Vaqif Sadıqov: Bizə Neftçi üzərində qələbə çox vacibdir
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov azerisport.az saytına açıqlamasında komandasının TPL-in 26-cı turu çərçivəsində “Neftçi”yə qarşı keçirəcəyi oyun barədə danışıb:
“Uğursuz oyunlardan sonra komandamın psixoloji vəziyyəti yaşı deyil. Biz futbolçularla söhbət apararaq, bunun üzərində çalışırıq. Bizə ruhlanmaq üçün bir qələbə kifayətdir. “Neftçi” çox-çox güclüdür. Xüsusən son oyunlarda onlar müvafiq heyətlə çıxış edirlər. Rəqib mütləq səviyyədə oynayacaq. Buna rəğmən, mən ümid edirəm ki, biz özümüzün ən yaxşı oyunlarından birini keçirəcəyik. Qarşılaşdığımız səddi yarmaq istəyirik. Axı bu il heç cür qələbə qazana bilmirik. Təəssüf ki, hər oyunda dörd-beş futbolçumuz oynamır. Bizə “Neftçi” üzərində qələbə çox vacibdir. Bu, bizə böhrandan çıxmağa kömək edəcək”.
