15 mart 2014 15:33

Əfran İsmayılov üç həftəliyə sıradan çıxdı

“Bakı” sabah Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində evdə “Qəbələ” ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, bu gün "zolaqlılar" oyunöncəsi son məşqini keçirib.
Saat 11:00-da başlayan hazırlığa yüngül qaçışla start verilib. Ardından 4 qrupa bölünən futbolçular fərqli isinmə hərəkətlərini icra edib. Vacib qarşılaşma öncəsi kollektivdə əhval-ruhiyyəni yüksəldən baş məşqçi Milinko Pantiç oyunçularına topla ortadaqaldı oynamaq tapşırığı da verib. Daha sonra “kvadrat” və qısa məsafələrə sürətli qaçış təmrinini icra edən “zolaqlılar” sonda ikitərəfli oyunda sınanıb. Rəmzi olaraq “göylər” və “yaşıllar”ın mübarizəsində birincilər (4:0) üstün olub.
Yüngül zədəsi olan Vadim Abdullayev fizioterapevt Radişa Milosavlieviçin rəhbərliyi altında fərdi proqram əsasında çalışıb. Əvəzində uzun müddətdi zədədən əziyyət çəkən Şəhriyar Əliyev kollektiv məşqlərə qoşulub. İcazəli olan Elvin Əliyevdən savayı, qabırqasında çat əmələ gələn Əfran İsmayılov hazırlığa qatılmayıb. İsmayılov 3 həftə yaşıl meydanlardan kənar qalacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.