15 mart 2014 13:13
Flaqmanla oyunqabağı təyyarəçilər ciddi itkilərlə üzləşib
TPL-in 26-cı turu çərçivəsində “Neftçi” ilə qarşılaşacaq AZAL heyətində aparıcı oyunçuların itkisi ilə üzləşib. Azeripsort.az xəbər verir ki, “təyyarəçilər”dən cəzalı Aleksandr Şemonayev, zədəlilər - Samuel Barlay və Xuan Fransisko “Flaqman”a qarşı oyunda iştirak edə bilməyəcəklər.
Həmçinin, Rəşad Abdullayev və Tural Nərimanovun bu oyunda iştirakı sual altındadır. Abdullayev soyuqdəyməyə tutulubsa, Nərimanovun “Simurq”a qarşı son oyunda aldığı zədəsi kəskinləşib.
