14 mart 2014 12:05
Qəbələ Bakıya itkilərlə gəlir
TPL-in 26-cı turu çərçivəsində “Bakı” ilə qarşılaşacaq “Qəbələ” bu oyuna itkilərlə çıxacaq. Azerisport.az klubdan verilmiş məlumata istinadən xəbər verir ki, Nikola Valentiç sarı vərəqələr limitini aşdığına görə oyunda iştirak edə bilməyəcək.
Zədəli Rafael Santos və Omar Kalabane də oyunu buraxacaq.
Xatırladaq ki, “Bakı” - “Qəbələ” qarşılaşması martın 16-da baş tutacaq.
