14 mart 2014 11:40
Azərbaycanda qələbəyə görə milyon avro almaq olar
Azərbaycan vətəndaşlığını qəbul etmiş belorus üzgüçü-paraolimpiyaçı Dmitri Saley bu addımının səbəbinə aydınlıq gətirib. Azerisport.az xəbər verir ki, Saley bunları söyləyib:
“Belorusda məşq edərkən, vədlər eşitməkdən usanmışdım: sabah verəcəyik, sabah ödəyəcəyik, sabah yaxşı olacaq. Belorusda böyük yarışlarda qələbəyə görə 100-120 min dollara yaxşın pul almaq olar. Azərbaycanda isə müvafiq qələbəyə görə milyon avro qazanmaq mümkündür”.
(Belaruspartisan)
