14 mart 2014 11:17

Aleksandr İaşvili: 26-cı turda “Qarabağ”ı xalsız qoymağa çalışacağıq

“İnter”in yarımmüdafiəçisi Aleksandr İaşvili ölkə Kubokunun ilk dörddəbir final görüşü çərçivəsində “Neftçi”yə qarşı keçirilmiş oyundan və TPL-in 26-cı turu çərçivəsində “Qarabağ”a qarşı keçiriləcək oyundan danışıb:
- Kubokun “Neftçi”yə qarşı ilk oyunu barədə nə deyə bilərsiniz?
- Düşünürəm ki, mövsümün ən yaxşı oyununu keçirdik. Belə oyunla qalib gəlməyə borclu idik. Ancaq bu, məyusluq üçün əsas deyil. Çünki hələ cavab görüşü də var. Qarşıda “Qarabağ”la oyun var. Bu oyun, yarış cədvəli nöqteyi-nəzərindən vacibdir.
- Siz hesab etmirsinizmi ki, komandanızın şansları azalıb? Axı qollu heç-heçə rəqibin xeyrinədir.
- Razı deyiləm. Əgər xatırlayırsınızsa, son dəfə Premyer Liqa çərçivəsində biz orada 2:2 oynamışıq. Əgər ilk oyunda olduğu kimi oynasaq, yarımfinala çıxacağıq.
- Düşünürsünüz ki, 2:2 hesabı təkrarlana bilər?
- Hər şey baş verə bilər. “Neftçi” yaxşı komandadır və sona qədər mübarizə aparacaq.
- “İnter” və “Neftçi” futbolçuları nəyi bölə bilmirlər? Sizdən çox meydanda heç kim münasibətlərə aydınlıq gətirməyə çalışmır.
- Bilmirəm nə üçün məhz bizim komandalarla bu, tez-tez baş verir. Hər iki komanda qalib gəlmək istəyir. Prinsipial oyundur. Bununla çox şeyi əlaqələndirmək olar. Ancaq ən əsası, baş verənlər meydanda qalır. Məsələn, dünən siz yəqin ki, diqqət etdiniz ki, oyundan sonra tərəflər ədəblə bir-birinin əlini sıxdılar.
- “İnter”dən fərqli, “Qarabağ”ın əsas heyətinin əksər futbolçuları Kubok oyununda iştirak etmədilər.
- Düşünürəm ki, oyuna qədər komanda bərpa olacaq. Bizi çətin oyun gözləyir. Premyer Liqanın liderinə qarşı oynayacağıq. Biz üçüncü pilləyə yüksəlmişik və ən azı, bunu əldən vermək istəmirik.
- Son iki oyunda ağdamlılar “Neftçi” və “Bakı”ya müvafiq olaraq dörd qol vurublar. Sizinlə necə olacaq?
- “Qarabağ” son turlarda yaxşı oynayır. Buna rəğmən, biz qələbəyə oynayacağıq və 26-cı turda onları xalsız qoymağa çalışacağıq. Bizim üçün kiminlə oynamağın fərqi yoxdur: “Sumqayıt” və ya “Qarabağ”, məqsəd birdir - qələbə.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.