14 mart 2014 18:25

İnter Neftçidən daha üstün oynayıb

“İnStat Football” şirkəti “İnter”in futbolçularının fiziki fəallığı haqqında məlumatları təqdim edib. Azerisport.az xəbər verir ki, Azərbaycan Kubokunun  1/4 final mərhələsinin ilk görüşü olan “İnter” - “Neftçi (1:1) oyununda bu komandanın futbolçuları 111,5  kilometr məsafə qət ediblər.

Bu matçda "bankirlər"in heyətində ən çox məsafə qət edən beş futbolçu ilə sizi tanış edirik:

 
Adı
Məsafə
1
Ruslan Əmircanov
11685 m.
2
Abdulla Abatsiyev
11493 m.
3
Derlis Meza Kolli
10984 m.
4
Vaqif Cavadov
10712 m.
5
Sezar Meza Kolli
10521 m.

"İnStat Football" şirkəti Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilən “İnter” - “Neftçi” matçının statistik göstəricilərini də təqdim edib. "İnter" qonaqları bir çox göstəricilərə görə qabaqlayıb. 90 dəqiqə ərzində “İnter” rəqibin qapısına 20 zərbə endirib, “Neftçi” isə 5 zərbəylə fərqlənib. Bununla yanaşı, meydan sahibləri çərçivəni 3 dəfə, qonaqlar isə cəmi 2 dəfə dəqiq nişan alıblar.

Ötürmələrdə də üstünlük “İnter”in tərəfindədi. Belə ki, oyun ərzində "bankirlər" 442-si dəqiq olan 529 ötürməylə fərqlənib. “Neftçi” isə cəmi 321 ötürmə edib və bunlardan 249-u dəqiq olub. Beləliklə, “İnter” dəqiq ötürmələrdə rəqibini demək iki dəfə üstələyib.

Eyni mənzərəni taktiki-texniki hərəkətlərdə də müşahidə etmək olar: 633-ü dəqiq olan 867 hərəkət . Bu rəqəm “Neftçi”də belədi - 442-i dəqiq olan 656 hərəkət.

Topa sahib olmaqda da “İnter” öndədi. 38 faizə qarşı 62 faiz. “İnter”in futbolçuları 168 mübarizənin 86-da qalib gəliblər, “Neftçi”nin oyunçularıysa bundan 4 dəfə az göstəriciyə malikdilər.

Kaxaber Sxadadzenin yetirmələri oyun ərzində 93 hücumla fərqləniblər, qonaqlar isə 83 hücum təşkil ediblər. “İnter” cinahlardan rəqibindən daha çox yararlanıb. Komanda 48 hücumu cinahlardan təşkil edib. “Neftçi” isə 33 hücuma cinahlardan keçib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.