14 mart 2014 16:44
Millimizin ABŞ-la matçının keçirilmə vaxtı dəqiqləşdi
Məlumat verdiyimiz kimi, mayın 27-də, San-Fransisko şəhərində ABŞ və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq oyunun keçiriləcəyi stadion və qarşılaşmanın başlanma vaxtı müəyyənləşib.
"Candlestick Park" stadionunda keçiriləcək ABŞ - Azərbaycan oyunu yerli vaxtla 19:00-da (Bakı vaxtı ilə 07:00) başlayacaq.
