14 mart 2014 14:28
Cəlilov Sumqayıta qarşı oynaya bilməyəcək
“Xəzər Lənkəran” TPL-in 26-cı turu çərçivəsində “Sumqayıt”a qarşı keçiriləcək oyuna hazırlığını davam etdirir. Azerisport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün Mustafa Dənizlinin yetirmələri Tofiq Bəhramov adına Respublika stadionunun süni örtüklü ehtiyat meydanında məşq keçiblər.
Məşq zamanı “gəmiqayıranlar”ın yarımmüdafiəçisi Tural Cəlilov zədə alıb. Onun qarşıdakı oyunda iştirakı sual altındadır.
Qeyd edək ki, cənub klubunun düşərgəsində Rahid Əmirquliyev və Deyvid Sakkoni də zədəlidir və müalicə alırlar.
