14 mart 2014 14:11

Bakı - Qəbələ - rəqəmlərin gözü ilə

Topaz Premyer Liqasının XXVI turunu səfərdə keçirəcək “Qəbələ” “Bakı”nın qonağı olacaq. Azerisport.az xəbər verir ki, martın 16-da paytaxtda keçiriləcək görüş rəqiblər arasında 29-cu duel olacaq.
“Qırmızı-qaralar” 9 illik tarixində heç bir rəqiblə bu qədər qarşılaşmayıb. Bu görüşədək həm “Bakı”, həm də “Qarabağ” 28 dəfə “Qəbələ”nin önünə çıxmışdı.
Son 3 matçda bakılıları məğlub etmiş Qəbələ təmsilçisi ümumilikdə 6 dəfə paytaxtın eyniadlı təmsilçisini məğlub edib. Daha 7 dəfə isə rəqiblər bərabərliklə ayrılıb. “Bakı”nın hesabında isə daha çox - 15 qələbə var. Bu qarşılaşmalarda paytaxt futbolçuları 32, “qırmızı-qaralar” isə 20 dəfə rəqib qapısına yol tapıb.
6 dəfə kubokda yolları kəsişən “Qəbələ” ilə “Bakı” 22 çempionat matçında münasibətlərini aydınlaşdırıb. Bütün qələbələri çempionata təsadüf edən əyalət təmsilçisi 4 heç-heçə edib və 12 dəfə meydanı xalsız tərk edib. Top fərqində də bakılılar öndədir - 26:18.
Son 3 səfər oyununda uduzmayan “Qəbələ” Bakı klubunun meydanında keçirdiyi 14 görüşdə 2 qələbə qazanıb, 3 heç-heçə edib və 9 dəfə uduzub. 15-ci səfər matçında 10-cu qolunu vurmaq iddiasında olan “qırmızı-qaralar” 21 top buraxıb.
“Qəbələ”nin “Bakı” ilə duellərində ümumilikdə 52 qol vurulub. Bu oyunların ən yaxşı bombardiri Viktor Mendidir. “Qırmızı-qaralar”ın legioneri 5 dəfə rəqib qapısına yol tapıb. Bakılıların heyətində isə 4 qol vuran Aleksandar Şoliç öndədir. Joao Silvinyo de Karvalyo, Amiran Muciri isə hərəyə 3 qolun sevincini yaşayıb. “Qəbələ”nin 20 qoluna 14 futbolçu imza atıb. Mendidən başqa, daha 2 oyunçu 1 dəfədən artıq fərqlənib. Vitali Balamestnı ilə Yannik Kamanan 2 dəfə rəqib qapısına yol tapıb. Rəqibin heyətində Əhməd Ticani, Leandro Qomeş və Uinston Parksın da 2 qolu var.
2006/07. Premyer Liqa
29.10.2006. Bakı - Gilan (Qəbələ) - 1:0
Aleksandr Qoqoberişvili, 5
2006/07. Azərbaycan kuboku
21.11.2006. Gilan (Qəbələ) - Bakı - 0:2
Georgi Meqreladze, 78, Leandro Qomeş, 90+2
2006/07. Azərbaycan kuboku
02.12.2006. Bakı - Gilan (Qəbələ) - 1:0
Leandro Qomeş, 51
2006/07. Premyer Liqa
18.04.2007. Gilan (Qəbələ) - Bakı - 0:1
Vüqar Quliyev, 55
2007/08. Premyer Liqa
19.08.2007. Qəbələ - Bakı - 2:0
Vitali Balamesttnı, 71, Tornike Aptsiauri, 79
2007/08. Premyer Liqa
24.02.2008. Bakı - Qəbələ - 3:0
Əhməd Ticani, 16, Eli Sisse, 57, Anatoli Ponomaryov, 86
2007/08. Azərbaycan kuboku
06.03.2008. Bakı - Qəbələ - 1:1
Əhməd Ticani, 28 - Samir Zərgərov, 22

2007/08. Azərbaycan kuboku
20.03.2008. Qəbələ - Bakı - 1:1, p.4:3
Vitali Balamestnı, 44 - Amiran Muciri, 35
2008/09. Premyer Liqa
09.11.2008. Bakı - Qəbələ - 3:0
Fernando Peres, 21, Amiran Muciri, 54-p.; 74
2008/09. Premyer Liqa
26.04.2009. Qəbələ - Bakı - 0:1
Uilyam Roşa Batista, 74
2009/10. Premyer Liqa
31.10.2009. Qəbələ - Bakı - 0:2
Bəxtiyar Soltanov, 40; Aleksandar Şoliç, 76
  
2009/10. Premyer Liqa
13.02.2010. Bakı - Qəbələ - 2:0
Gürşat Duymuş, 35; Adriano Padilyo Nasimento, 90+2
2009/10. Premyer Liqa
28.03.2010. Bakı - Qəbələ - 1:1
Aleksandar Soliç, 21 - Pərvin Paşayev, 78
2009/10. Premyer Liqa
01.05.2010. Qəbələ - Bakı - 1:0
Paulino Lopes Tavares, 72
2010/11. Premyer Liqa
22.08.2010. Bakı - Qəbələ - 2:1
Fabio Luis Ramim, 29; Joao Silvinyo de Karvalyo, 73-p. - Deon Barton, 6
2010/11. Premyer Liqa
23.12.2010. Qəbələ - Bakı - 0:1
Joao Silvinyo de Karvalyo, 50
2010/11. Azərbaycan kuboku
03.03.2011. Qəbələ - Bakı - 0:0
2010/11. Azərbaycan kuboku
08.03.2011. Bakı - Qəbələ - 1:0
Joao Silvinyo de Karvalyo, 57
2011/12. Premyer Liqa
07.08.2011. Qəbələ - Bakı - 0:0
2011/12. Premyer Liqa
26.11.2011. Bakı - Qəbələ - 2:1
Deividas Çesnauskis, 17; Uinston Parks, 29 - Serj Cehua, 88-p.
2011/12. Premyer Liqa
01.04.2012. Bakı - Qəbələ - 2:1
Uinston Parks, 57; Aleksandar Soliç, 90+3 - Yannik Kamanan, 16
2011/12. Premyer Liqa
29.04.2012. Qəbələ - Bakı - 4:0
Yannik Kamanan, 37; Vurğun Hüseynov, 49; Viktor Mendi, 58; Nodar Məmmədov, 90+2
2012/13. Premyer Liqa
04.10.2012. Bakı - Qəbələ - 1:1
Aleksandar Soliç, 59 - Viktor Mendi, 14
2012/13. Premyer Liqa
02.12.2012. Qəbələ - Bakı - 0:2
Vilson Junior, 53; Nurlan Novruzov, 83
2012/13. Premyer Liqa
13.04.2013. Qəbələ - Bakı - 1:1
Viktor Mendi, 30 - Rauf Əliyev, 90+1 (p.)
2012/13. Premyer Liqa
09.05.2013. Bakı - Qəbələ - 0:1
Rodriges Assis, 65
2013/14. Premyer Liqa
03.08.2013. Bakı - Qəbələ - 1:2
Mindauqas Kalonas, 12 - Viktor Mendi, 62; 82
2013/14. Premyer Liqa
20.12.2013. Qəbələ - Bakı - 2:0
Daniel Subotiç, 19; Lorentso Ebesilio, 90+4 (pen.)
(Klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.