14 mart 2014 13:44
AZAL baxışa çağırdığı iki futbolçunu geri göndərdi
Təxminən bir həftə ərzində AZAL-da baxışdan keçən iki futbolçunun taleyinə aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, portuqaliyalı Hardi Pinto və holland Boy Deul dünən vətəninə qayıdıblar.
Məşqçilər korpusunun qərarına əsasən, onların geri göndərilməsi qərara alınıb.
