14 mart 2014 13:33
Qarabağ bankirlərlə oyuna hazırlaşır
“Qarabağ” yenidən Premyer Liqaya köklənib. Azeriusport.az xəbər verir ki, martın 12-də ölkə kubokunun 1/4 final mərhələsində “Qəbələ” ilə qarşılaşmış (0:0) ağdamlılar dünəni istirahətlə keçirmişdi.
Bu gündən “Qarabağ” yenidən məşqlərə başlayıb. Çempionatın XXVI turunda “İnter”in qonağı olacaq komanda, günü bir məşqlə keçirəcək.
“Qarabağ” sabah daha bir çalışma ilə hazırlığını tamamlayacaq.
Xatırladaq ki, “İnter” - “Qarabağ” oyunu bazar günü “Şəfa” stadionunda, 17:00-da keçiriləcək.
(Klub saytı)
