13 mart 2014 12:55
Emil Əliyev: Azərbaycanla danışıqlar aparırıq
Rusiya mini-futbol assosiasiyasının prezidenti Emil Əliyev Konstantin Yeremenko Kubokunun genişlənməsi istiqamətində qurumun planlarından danışıb. Azerisport.az az xəbər verir ki, Əliyev bunları söyləyib:
“İlk yarışda uğur, bizə gələcəyə inamla baxmağa imkan verir. Bu gün yarış iştirakçılarının sayının 12-yə çatdırılması üçün əlimizdə bütün əsaslar var. Hazırda İran, BƏƏ, Qətər, Küveyt, Azərbaycan, Özbəkistan, Sloveniya futzal federasiyaları ilə danışıqlar gedir. May ayının ikinci yarısında biz Moskvada bu ölkələrin ən yaxşı klublarının təmsilçiləri ilə müşavirə keçirəcəyik. Yarışın yeni heyətini yaradacağıq. Oktyabrdan isə mini-futbol həvəskarları müxtəlif məktəblərin futbol döyüşlərini yenidən izləyə biləcəklər”.
(SE)
