13 mart 2014 12:28
Azərbaycandan sponsorluq Atletikoya hazırkı heyəti qorumağa imkan verəcək
İspaniya mətbuatı Madrid “Atletiko”sunun bu mövsümdəki çıxışını qiymətləndirərək, klubun Azərbaycandan sponsor dəstəyi almasına da toxunub. Azerisport.az xəbər verir ki, İspaniya KİV-i bu barədə yazıb:
“Azərbaycandan yeni sponsor “döşəkçilər”ə iqtisadi inkişafın yüksək sürətini təmin etməyə və növbəti mövsümə təkan verməyə imkan verəcək. Bu əməkdaşlıq nəinki hazırkı heyət və nəticələri qorumağa, yeni sərmayə qoyuluşu həyata keçirmək və dünya səviyyəli futbolçular əldə etmək imkanı yaradacaq”.
