13 mart 2014 00:22
Elxan Məmmədov: Barselona ilə qarşılaşmaq müsbət məqamdır
AFFA-nın baş katibi Elxan Məmmədov futzal üzrə UEFA Kubokunun Dördlər finalı çərçivəsində “Araz”ın “Barselona” ilə qarşılaşması haqda fikrini bildirib. Azerisport.az xəbər verir ki, Məmmədov bunları söyləyib:
“Azarkeşlər üçün və marketinq nöqteyi-nəzərindən “Barselona” ilə qarşılaşmaq müsbət məqamdır. “Araz” layiqli mübarizə apardı və Dördlər finalına vəsiqə qazandı. Düşünürəm ki, Bakıda da belə çıxış edəcəyik. “Barselona” ilə yarımfinal və ya finalda oynamağın heç bir xüsusi fərqi yoxdur. “Araz”ın buna gücü var”.
