13 mart 2014 11:13

Rəşad Sadiqov: Neftçi Kubokun yarımfinalına yaxınlaşdı

“Neftçi”nin kapitanı Rəşad Sadiqov azerisport.az saytına müsahibəsində ölkə Kubokunun ilk dörddəbir final oyun çərçivəsində komandasının “İnter”ə qarşı keçirdiyi oyundan (0:0) və TPL-in növbəti turu çərçivəsində AZAL-a qarşı keçiriləcək görüşdən danışıb:
- “İnter”ə qarşı Kubokun ilk oyununda məqsədinizə çatdınız?
- Demək olar ki, hə. Hər iki komanda üçün oyun çətin keçdi.
- Son 20 dəqiqə komandanıza asan olmadı. Bu qədər çox yorulmuşdunuz ya rəqib qapınıza doğru geri çəkilməyə məcbur etdi?
- Səfərdə 1:0 hesabı ilə öndə idik. Üstünlüyü saxlamaq istəyirdik. Biz qalib gələ bilmədik. Ancaq səfər oyununda məhsuldar heç-heçə müsbət nəticədir.
- İndi qolsuz heç-heçə hesabını saxlamağa çalışacaqsınız ki, yarımfinala çıxasınız?
- Yox, əlbəttə. Bu, etibarsız üstünlükdür. Buna ümid etmək olmaz. Ancaq buna rəğmən, biz növbəti mərhələyə yaxınıq.
- Necə hesab edirsiniz, komanda artıq özünə gəlir?
- Düşünürəm ki, hə. Oxşar enişlər bütün klublarda olur. Bizim enişimizə bəzi futbolçuların cəzalanması da təsir göstərdi.
- Nə üçün “Neftçi”də eniş ən çox müzakirə olunan mövzudur?
- “Neftçi” flaqmandır və bu, təbiidir. Bizim hər bir addımımız müzakirə olunur.
- Qarşıda AZAL-la oyun var.
- Kubokdan Premyer Liqaya köklənmək lazımdır. Biz hər iki yarışda uğur qazanmaq istəyirik. Bunun üçün də AZAL-la oyunda xal itirməməliyik. Çempionatda biz əvvəlki tək, çempionluğa oynayırıq.
- Bu yarışda “Qarabağ”ın qələbəsi ilə hələ barışmamısınız? Ağdamlıları təbrik edənlər artıq tapılıb.
- Onları təbrik etmək, hələ tezdir. Lider iki dəfə büdrəsə, yarış cədvəli başqa görkəm alacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.