13 mart 2014 20:44
Rəvan Zaqatalaya itkilərlə yollanacaq
“Rəvan” "Simurq”la oyunun hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində bazar günü keçiriləcək görüş üçün artıq dünəndən məşqlərə başlayıb.
Dünən “Bakı” ilə kubok görüşündən sonra bu matçda forma geyməyənlər məşq etmişdisə, bu gün bütün komanda hazırlıqda iştirak edib. Sadəcə, Oke Akpoveta və Julio Sezar yüngül zədəli olduqları üçün fərdi proqram əsasında çalışıb. Bu futbolçular "Simurq”la görüşdə forma geyməyəcək. Ancaq məsələ heç də zədə ilə bağlı deyil. Çünki onlar həm də cəzalıdırlar. Həmçinin, Lukaş Sapela və Novruz Məmmədov da cəzalıdır. “Rəvan” Zaqatalaya əsas heyətin dörd oyunçusu olmadan yollanacaq.
(Klub saytı)
