13 mart 2014 17:22
Rəvan PFL-ə etiraz ünvanladı
"Rəvan" FK ölkə Kubokunun ilk dörddəbir final görüşü çərçivəsində “Bakı”ya qarşı keçirilmiş oyunda (0:1) hakimin verdiyi qərarın yanlışlığını əsasa gətirərək, PFL-ə etiraz ünvanlayıb. Azerisport.az xəbər verir ki, Rəvan düşərgəsində oyunun 85-ci dəqiqəsində rəqib komandanın futbolçusu Orxan Məmmədovun hakimin köməkçisinin gözləri qarşısında əllə oynaması faktına baş hakimin göz yummasından şikayətçidirlər.
