13 mart 2014 16:00
Rumıniya AÇ-2020-nin oyununu Bakıda keçirmək istəyir
Rumıniya futbol federasiyasının fəxri prezidenti Mirça Sandu bildirib ki, AÇ-2020-nin bir oyununu Bakı keçirə bilər. Azerisport.az Rumıniya KİV-nə istinadən xəbər verir ki, Sandu UEFA-nın şərtini əsas gətirib:
“Əgər Rumıniya yığması AÇ-2020-yə düşsə, biz qrup oyunlarından birini Budapeştdə keçirmək istəyirik. Ancaq UEFA-nın şərtlərinə görə Azərbaycan paytaxtında oynaya bilərik”.
