13 mart 2014 00:37
Kubokda hər şeyə cavab oyunlarında aydınlıq gələcək
Ötən gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçirildi. Azerisport.az xəbər verir ki, eyni gündə baş tutan 4 qarşılaşmanın 3-də komandalar meydanı sülhlə tərk etdilər.
İlk qarşılaşma Qəbələdə baş tutdu. "Qəbələ" doğma azarkeşlər önündə "Qarabağ"ı məğlub etməyi hədəfləmişdi. Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan Yuri Syominin komandası kubokda da iddiasını davam etdirməyə çalışır. Rəqibini 10 xal qabaqlayan Ağdam klubu isə çox güman ki, kubok oyununa daha az diqqət ayırır. Demək olar ki, Qurban Qurbanov əsas diqqətini Premyer Liqaya yönəldib. Elə ağdamlıların Qəbələdəki görüşə tam heyətlə çıxmaması da bunu göstərir. 0:0 hesabıyla başa çatan ilk qarşılaşmadan sonra növbəti mərhələyə kimin vəsiqə qazanacağına cavab oyunu aydınlıq gətirəcək. "Qarabağ"ın üstünlüyü evdə oynaması olacaqsa, "qırmızı-qaralar"ı səfərdə qollu heç-heçə də növbəti mərhələyə daşıyacaq.
Növbəti qarşılaşma Naxçıvanda keçirildi. Kubokun debütantı "Araz Naxçıvan" digər bir bölgə təmsilçisi "Xəzər Lənkəran"la üz-üzə gəldi. Bu oyun da bərabərliklə başa çatdı - 1:1. Lənkəran klubu oyunun gedişatında hesabda önə keçsə də, son dəqiqələrdə təyin olunan penalti Əsgər Abdullayevin komandasını məğlubiyyətdən xilas etdi. Halbuki, ilk yarıda cənub klubu da penalti qazanmasına rəğmən, ondan lazımınca yararlana bilməmişdi. Cavab oyununda üstünlüyü Mustafa Dənizlinin komandasına vermək olar. Çünki kubokda təcrübəsi olan və səfərdə qol vuran "Xəzər Lənkəran" çətin ki, doğma azarkeşlər önündə debütanta məğlub olsun. Həm də bu yarışın cənublular üçün Avropaya gedən tək yolun olduğunu unutmaq olmaz.
1/4 final mərhələsinin yeganə qalib komandası "Bayıl Arena"da keçirilən görüşdə müəyyənləşib. "Bakı"nın ilk hissədə "Rəvan"ın qapısından keçirdiyi top qonaqlara minimal hesablı qələbə qazandırıb. Beləliklə, hələlik çempionatın iddialılar sırasında yer alan Milinko Pantiçin komandası kubok mübarizəsinə davam etmək şanslarını artırmış oldu. Premyer Liqanın son turlarında Güvənç Kurtarın yetirmələri uğurlu çıxış etsə də, Bayıl klubunun səfərdə rəqibinə qalib gələcəyi bir az çətin görünür. Bu səbəbdən artıq yarımfinal iştirakçılarından birinin "Bakı" olduğunu demək olar.
Sonuncu oyun "Şəfa"da baş tutdu. Bu görüşdə də iki paytaxt təmsilçisi qarşılaşdı. "İnter" "Neftçi" ilə münasibətlərinə aydınlıq gətirdi. Premyer Liqada eyni xalla (42) qonşu pillələri (3-4) bölüşən komandalar meydanı sülhlə tərk etdilər. Yenə də heyətdə əskikləri olan "ağ-qaralar" doğma meydanda qələbə qazanmağa daha çox şanslıdı. Bundan başqa Böyükağa Hacıyevin komandasına ev oyununda qolsuz heç-heçə də sərf edir. "Bankirlər"in işi isə demək olar ki, çətin olacaq. Yavaş-yavaş çempionluqdan əli üzülən "Neftçi" üzərində səfər qələbəsi qazanmaq Kaxaber Sxadadzenin yetirmələri üçün asan olmayacaq. Hər alda rəqiblərin gücünü nəzərə alsaq, demək olar ki, cütlüyün favoritinin kimliyi asanlıqla məlum olmayacaq.
Azərbaycan Kuboku
1/4 final (ilk oyunlar)
1/4 final (ilk oyunlar)
QƏBƏLƏ - QARABAĞ - 0:0
Sarı vərəqələr: Dodo, 87 (qeyri-idman hərəkəti) - Maksim Medvedev, 32 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Nahid Əliyev, Feyzulla Feyzullayev.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
12 mart 2014. Qəbələ şəhər stadionu. 1200 tamaşaçı.

Qəbələ: 1. Kamran Ağayev (k), 3. Nikola Valentiç, 6. Vladimir Levin, 7. Marat İzmaylov (42. Leonardo da Silva, 69), 8. Nizami Hacıyev, 9. Viktor Mendi (22. Lourival Assis, 58), 10. Dodo, 14. Lorenzo Ebesilio, 16. Ruslan Tağızadə, 18. İbrahima Niasse, 31. Daniel Subotiç (19. Abdulvahid Afolabi, 79).
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 4. Amid Quluzadə, 17. Nuran Qurbanov, 46. Davron Erqaşov.
Baş məşqçi: Yuri Syomin.
Qarabağ: 13. İbrahim Sehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov (k), 10. Muarem Muarem (70. Çumbinyo, 61), 11. Ulrix Kapolonqo (41. Leroy Corc, 68), 17. Vüqar Nadirov (19. Jaba Dvali, 81), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 24. Admir Teli, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 25. Ansi Aqolli, 44. Eltun Yaqublu.
Baş məşqçi: Qurban Qurbanov.

ARAZ NAXÇIVAN - XƏZƏR LƏNKƏRAN - 1:1
Qollar: Tərlan Xəlilov, 90+4-pen. - Alvaro Silva, 69.
İstifadə olunmamış penalti: Sadio Tounkara, 31.
Sarı vərəqələr: Cavid Həsənov, 52 (qeyri-idman hərəkəti); Mikayıl Rəhimov, 90 (qeyri-idman hərəkəti) - Alvaro Silva, 72 (qeyri-idman hərəkəti); 90+3 (bilərəkdən əl ilə oyun); Tural Cəlilov, 79 (bilərəkdən əl ilə oyun).
Qırmızı vərəqə: Alvaro Silva, 90+3.
Hakimlər: Elvin Əsgərov, Rza Məmmədov, Namiq Hüseynov, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Əli Hüseynov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
12 mart 2014. Naxçıvan MR stadionu. 8500 tamaşaçı

Araz Naxçıvan: 1. Emil Balayev, 2. Aleksandr Krutskeviç, 5. Cavid Həsənov, 6. Mikayıl Rəhimov, 8. Elmin Çobanov, 9. İrfan Yuseyinov (22. Əziz Hüseynov, 76), 10. Eşqin Quliyev (k), 11. Fərid Quliyev (19. Tərlan Xəlilov, 46), 14. Azər Məmmədov, 17. Bəxtiyar Soltanov, 20. Ruslan Zubkov (3. Əlimirzə Daşzərini, 85).
Ehtiyat oyunçular: 23. Rəşad Heydərov, 7. Akif Tağıyev, 25. Elgiz Kərimli, 94. Tural Hümbətov.
Baş məşqçi: Əsgər Abdullayev.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Tyeqo de Xesus, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev, 12. Junior Nildo (16. Adrian Pit, 87), 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 20. Etame Mbilla, 23. Nikola Qliqorov (11. Zohair Benouahi, 58).
Ehtiyat oyunçular: 19. Vyekoslav Tomiç, 8. Deyan Blajevski, 30. Elias Ribeiro, 42. Kamran Abdullazadə, 55. Ağabala Ramazanov.
Baş məşqçi: Mustafa Dənizli.

RƏVAN - BAKI - 0:1
Qol: Cavid Hüseynov, 23.
Sarı vərəqələr: Mitya Moreç, 51 (qeyri-idman hərəkəti); Kamil Kopunek, 78 (qeyri-idman hərəkəti) - Xavyer Junior Vilson, 37 (qeyri-idman hərəkəti); Mario Alvares, 45+1 (qeyri-idman hərəkəti); Risto Ristoviç, 51 (qeyri-idman hərəkəti); Rauf Əliyev, 75 (qeyri-idman hərəkəti).
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Mübariz Haşımov, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Alik Yunusov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Şahin Cəfərov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
12 mart 2014. “Bayıl Arena”. 300 tamaşaçı.

Rəvan: 85. Kamal Bayramov, 21. Novruz Məmmədov, 28. Boyan Markoviç, 4. Mitya Moreç, 15. Dmitri Kruqlov, 40. Mişel Balokoq, 16. Orxan Lalayev (41. Kamil Kopunek, 69), 20. Miloş Adamoviç, 17. Ramazan Abbasov (k) (30. Cəmşid Məhərrəmov, 53), 25. Ayaz Mehdiyev (7. Elvin Həsənəliyev, 70), 18. Oke Akpoveta.
Ehtiyat oyunçular: 1. Lukaş Sapela, 19. Hüseyn Axundov, 14. Xuan Manuel Varea, 10. Tyaqo de Souza.
Baş məşqçi: Güvenc Kurtar.
Bakı: 1. Aqil Məmmədov, 12. Etto, 5. Ruben Qonzales, 4. Mario Alvares (24. Georgios Pelagias, 69), 3. Yure Travner, 23. Lukas Mario Horvat, 31. Vüqar Mustafayev, 16. Xavyer Junior (22. Namiq Ələsgərov, 89), 17. Risto Ristoviç (10. Aleksandar Soliç, 74), 8. Cavid Hüseynov, 11. Rauf Əliyev (k).
Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 21. Elvin Məmmədov, 6. Vadim Abdullayev, 15. Alberto Noquera.
Baş məşqçi: Milinko Pantiç.

İNTER - NEFTÇİ - 1:1
Qollar: Vaqif Cavadov, 85 - Araz Abdullayev, 51.
İstifadə olunmamış penalti: Araz Abdullayev, 45.
Sarı vərəqələr: Brüs Abdulaye, 23 (qeyri-idman hərəkəti); Laşa Salukvadze, 64 (qeyri-idman hərəkəti); Sezar Meza Kolli, 86 (qeyri-idman hərəkəti); Baçana Sxadadze, 90+2 (qeyri-idman hərəkəti) - Mirhüseyn Seyidov, 18 (qeyri-idman hərəkəti); Karlos Kardoso, 21 (qeyri-idman hərəkəti); Erik Ramos, 90+2 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Vaqif Musayev, Zeynal Zeynalov, Fərid Məmmədov.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Məlik Həsənov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
12 mart 2014. “Şəfa” stadionu. 2000 tamaşaçı.

İnter: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 7. Ruslan Əmircanov, 8. Mikel Alvaro (9. Aleksandr İaşvili, 69), 15. Yohan Bokonyano, 19. Sezar Meza Kolli, 20. Brüs Abdulaye (28. Baçana Sxadadze, 82), 21. Arif Daşdəmirov (33. Matiya Spiçiç, 46), 47. Abdulla Abatsiyev, 70. Vaqif Cavadov (k), 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 5. Slavço Georgiyevski, 11. Asif Məmmədov, 91. Coşqun Diniyev.
Baş məşqçi: Kaxaber Sxadadze.
Neftçi: 1. Pavel Doroşev, 2. Karlos Kardoso, 7. Araz Abdullayev (k), 9. Flavinyo, 14. Bahodır Nasimov (11. Melvin Platye, 90+2), 15. Erik Ramos, 16. Bruno Bertuççi, 19. Mirhüseyn Seyidov (6. Rəşad Sadiqov, 61), 27. Məqsəd İsayev, 32. Elvin Yunuszadə, 90. Ernest Nfor (3. Denis Silva, 77).
Ehtiyat oyunçular: 34. Ziyadxan Məmmədov, 5. İqor Mitreski, 8. Elşən Abdullayev, 23. Ruslan Qurbanov.
Baş məşqçi: Böyükağa Hacıyev.