13 mart 2014 14:33
Fərid Quliyev: Araz Naxçıvanın Premyer Liqaya can atmasının əbəs olmadığını göstərmək istəyirdik
“Araz Naxçıvan”ın hücumçusu Fərid Quliyev ölkə Kubokunun ilk dörddəbir final oyunu çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirilmiş oyundan (1:1) danışıb. Azerisport.az xəbər verir ki, Quliyev bunları söyləyib:
“İlk dəqiqələrdən “Xəzər Lənkəran”a göstərdik ki, bizi məğlub etmək asan olmayacaq. İlk oyun üçün 1:1 hesabı pis nəticə deyil. Biz “Araz Naxçıvan”ın Premyer Liqaya can atmasının əbəs olmadığını göstərmək istəyirdik. Düzdür, “Xəzər Lənkəran” əvvəlki tək, cütün favoritidir. Ancaq bizim itirəcəyimiz heç nə yoxdur. Beləliklə, cavab oyununda 90 dəqiqə rəqibimiz üçün asan olmayacaq. Biz yarımfinala yüksəlmək şansımızı itirməmişik və bunun üçün hər şey edəcəyik”.
