13 mart 2014 14:00
Millimizin məşqçi heyəti TPL-in oyunlarını izləyəcək
Azərbaycanın milli komandasının baş məşqçisi Berti Foqts Topaz Premyer Liqasının XXVI turu çərçivəsində martın 16-da keçiriləcək "Bakı" - "Qəbələ" və "İnter - Qarabağ" oyunlarını izləyəcək. Azerisport.az xəbər verir ki, baş məşqçinin köməkçiləri Aslan Kərimov "Neftçi" - AZAL, Mahmud Qurbanov isə "Sumqayıt" - "Xəzər Lənkəran" oyunlarını izləyəcəklər.
(AFFA)
